XƏBƏR LENTİ
17 May 2021
16 May 2021
15 May 2021
14 May 2021
13 May 2021
12 May 2021
11 May 2021
10 May 2021



Portuqaliya Qran-prisinin qalibi Hemilton oldu
İdman 11:18 / 03.05.2021
Formula 1 çempionatının növbəti mərhələsi Portuqaliyada təşkil olunub. "Alqarve” avtodromunda keçirilən sayca üçüncü mərhələnin qalibi "Mercedes” pilotu Lüis Hemilton olub.
Yarışda ikinci pilləni "Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.
Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisinin qalibi olub. Britaniya təmsilçisi Formula 1 üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb. Hazırda hesabında 69 xal olan Hemilton yarış cədvəlinə başçılıq edir.

931 oxunub

InvestAZ