XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Karate1 Premyer Liqa turniri 2 medalla yadda qaldı
İdman 10:05 / 03.05.2021
Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turniri keçirilib. Mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edib. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edib.

3 gün davam edən nüfuzlu yarışda komandamız 2 medala sahib çıxıb. Təmsilçimiz Asiman Qurbanlı (+84 kq) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkaniaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı kata komandamız isə bürünc medal uğrunda Misir yığmasına qalib gələrək üçüncü yeri tutub.

Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.

Qeyd edək ki, Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

20234 oxunub

InvestAZ