XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karateçilərimiz Minskdən 22 medalla qayıdıblar
İdman 15:00 / 26.04.2021
Karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandamız Belarusun paytaxtı Minskdə Unmei Cup beynəlxalq turnirində 22 medal qazanıb. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə Belarusa yollanan karateçilər 9 qızıl, 6 gümüş və 7 bürünc medala sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (-52 kq), Əzim Rahib (-70 kq), Aysu Əliyeva (-47 kq), Fidan Rüstəmova (-54 kq), qızlar kumite komandası, eləcə də 16-17 yaşlı gənclər arasında Fərid Savadov (-55 kq), Ramil Baxşəliyev (-61 kq), Vahid Həsənov (-76 kq) və oğlanlar kumite komandası yarışın qalibi olub.
Gümüş medalı 14-15 yaşlı yeniyetmələrdən Nihad Kərimzadə (-70 kq), oğlanlar kumite komandası, 16-17 yaşlı gənclərdən Nicat Kərimli (-61 kq), Xumar Əlibəyova (-53 kq) və Vahid Həsənov (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən isə Hüseyn Hüseynzadə (-84 kq) qazanıb.
14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-63 kq), Fərid Talıbov (-68 kq), Ramil Bəxşəliyev (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən Renata Ərəbli (-61 kq), Həsənəli Həsənov (kata) və Zəhra Qurbanzadə (kata), böyüklər arasında isə Neda Rezai (kata) bürünc mükafat alıb.
Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci olub. Unmei Cup beynəlxalq turniri yeniyetmə və gənclər seçmə komandasının 1 il 3 aylıq fasilədən sonra iştirak etdiyi ilk turnir idi. Karateçilərimizin növbəti yarışı iyunda Kipirdə keçiriləcək Dünya Karate Federasiyasının rəsmi turnirlərindən (WKF) biri olan Gənclər liqası turniri olacaq.

30384 oxunub

InvestAZ