XƏBƏR LENTİ
25 Sentyabr 2021
24 Sentyabr 2021
23 Sentyabr 2021
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021



Qılıncoynadanımız Tokio-2020-yə lisenziya qazandı
Olimpiya oyunları 13:55 / 26.04.2021
Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, sablyaçımız bu uğura İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.
Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirərək parlaq çıxışla yadda qalıb. A.Başta pley-offun ilk görüşündə İspaniya təmsilçisi Arakelli Navarra qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə Anna 15:14 hesablı çətin qələbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.
Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Lakin sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
Beləliklə, Anna Başta 23 iyul-8 avqustda Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil edəcək.

4335 oxunub

InvestAZ