XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millimiz şansını itirdi
İdman 12:25 / 23.03.2019

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 23-də qrupda ikinci oyununu keçirib. Komandamız Rusiyada "Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Kamran Quliyev fərqlənib. Qrupun digər qarşılaşması Rusiya və Rumıniya arasında olacaq.
Lakin Azərbaycan millisi Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə şansını itirib. Səbəb İrlandiya komandasının xallarını 6-ya çatdırmasına rəğmən, millinin cəmi 1 xalının olmasıdır. Rumıniya ilə son turun görüşündə istənilən nəticə qrup lideri olmağa kifayət etməyəcək.
İlk turda Azərbaycan Rusiya ilə qolsuz heç-heçə etdiyi halda, İrlandiya Rumıniyanı darmadağın edib - 5:0.
Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdən əldə edib. Daha sonra bu komanda Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib. 
İyulun 14-27-də Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq.


45687 oxunub

InvestAZ