XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterlərimiz dörddəbir finalda
İdman 15:16 / 27.04.2021
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının "New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.
Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.
Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.
"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

30615 oxunub

InvestAZ