XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasında yarımfinal həyəcanı
İdman 13:55 / 27.04.2021
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək. Bu mərhələnin ilk qarşılaşması İspaniyada təşkil olunacaq. "Real Madrid” İngiltərənin "Çelsi” komandasını qəbul edəcək. "Alfredo Di Stefano” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Meydan sahiblərinin heyətində kapitan Serxio Ramosla yanaşı, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

29538 oxunub

InvestAZ