XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandamızın rəqibləri bilindi
İdman 10:07 / 27.04.2021
Bu il sentyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilməsi nəzərdə tutulan FİBA 3x3 Avropa Kubokunun seçmə mərhələsinin cədvəli təsdiq edilib.
Belə ki, kişilərdən ibarət yığmamız iyunun 26-27-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək seçmə yarışında iştirak edəcək.
Komandamızla bərabər bu yarışda ev sahibi İsrail, Türkiyə, İspaniya, Almaniya, Polşa, Çexiya, İsveçrə, Avstriya, Belçika, Portuqaliya, Xorvatiya, Yunanıstan, Monteneqro və Andorra yığmaları da iştirak edəcək.
Dörd qrupa bölünmüş komandalar dairəvi üsulla dörddəbir final mərhələsində mübarizəni davam edəcək ilk cütlüyü müəyyən edəcəklər.
Dörddəbir final mərhələsinin oyunlarında qələbə qazanmış komandalar FİBA 3x3 Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə etmiş olacaqlar.
Eyni tarixlərdə Rumıniyanın Konstansa şəhərində keçiriləcək digər seçmə yarışda Rumıniya, Latviya, Macarıstan, Ukrayna, Belarus, Estoniya, Slovakiya, Litva, İsveç, Böyük Britaniya, İrlandiya, Kosovo, Niderland, Gürcüstan və Kipr komandaları mübarizə aparacaqlar.
Avropa Kubokunun final yarışlarına ev sahibliyi edəcək Fransa yığması ilə bərabər 2019-cu il FİBA 3x3 Avropa Kubokunun qalibi Serbiya komandası, eyni zamanda ən yüksək reytinqə malik olan Rusiya və Sloveniya komandaları final mərhələsinə birbaşa qatılacaqlar.

30845 oxunub

InvestAZ