XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün klassiklərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
İdman 09:32 / 23.04.2021
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə başlayacaqlar.
Klassiklərimizdən Eldəniz Əzizli (55 kq) Nedyalko Petrov (Bolqarıstan), Murad Bazarov (60 kq) belaruslu Qleb Makaranka, Taleh Məmmədov (63 kq) Nikolay Viçev (Bolqarıstan), Namaz Rüstəmov (67 kq) Serbiya idmançısı Mate Nemes, Xasay Həsənli (72 kq) moldovalı Valentin Petiç, Sənan Süleymanov (77 kq) Harri Latvala (Finlandiya), Tuncay Vəzirzadə (82 kq) Mixail Bradu (Moldova), Zamir Məhəmmədov (97 kq) isə Balaş Kiss (Macarıstan) ilə qarşılaşacaq.
Bu gün E.Əzizli, T.Məmmədov və S.Süleymanov xalça üzərinə çıxacaqlar. Digər güləşçilərimiz isə aprelin 24-də mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

32198 oxunub

InvestAZ