XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionat: iki sərbəst güləşçimiz yarımfinalda
İdman 15:00 / 19.04.2021
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Turnirdə mübarizə daha iki sərbəst güləşçimiz turnirin yarımfinal mərhələsinə adlayıb.
Millimizin üzvü Əfqan Xaşalov (57 kq) startda Yannis Martidisə (Yunanıstan) qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Rumıniyalı Razvan Kovaçsdən üstün olan güləşçimiz yarımfinala yüksəlib. Güləşçimizin növbəti rəqibi rusiyalı Naçın Monquş olacaq.
Turnirdə 79 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Rəşad Yusifli polşalı Andrey Sokalski, Bolqarıstan təmsilçisi Oktay Hasan və Belarus güləşçisi Andrey Karpaçı məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
Millimizin üzvü Əli Rəhimzadə də yarımfinala vəsiqə qazanıb və onun rəqibi Zaqir Şaxiyev (Rusiya) olacaq.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyur.

31420 oxunub

InvestAZ