XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mourinyo “Tottenhem”lə vidalaşdı
İdman 12:19 / 19.04.2021
İngiltərənin "Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə müqaviləni ləğv edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mövsümün sonunadək komandaya 29 yaşlı mütəxəssis Rayan Meyson rəhbərlik edəcək. Yeni baş məşqçi ilə bağlı qərarın yayda veriləcəyi bildirilib.​ 
"Tottenhem”in gənclərdən ibarət komandasının məşqçisi Meyson başından zədə aldığı üçün 2018-ci ildə həkimlərin tövsiyəsi ilə futbolçu karyerasını bitirib.
Xatırladaq ki, "Tottenhem” 32 turdan sonra 50 xalla Premyer Liqanın turnir cədvəlində yeddincidir.

32733 oxunub

InvestAZ