XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Paytaxtımız yenidən gimnastika yarışlarına ev sahibliyi edəcək
İdman 18:30 / 14.04.2021
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib.
Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), aerobika gimnastikası üzrə yaş qrupları yarışları (21 - 23 may) və bu növ üzrə dünya çempionatıdır (27 - 29 may).
Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

33476 oxunub

InvestAZ