XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Azərbaycan boksçuları lisenziya xarakterli yarışda mübarizə aparacaqlar
İdman 14:48 / 06.03.2026

Martın 8-də Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Turniri start götürəcək. Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanova (65 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənəcək.

Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.


426 oxunub

InvestAZ