XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şahmat üzrə “Zəfər kuboku” yarışı keçiriləcək
İdman 16:28 / 12.04.2021
Aprelin 14-də 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında onlayn "Zəfər kuboku” yarışı keçiriləcək. Turnir www.chess.com şahmat portalı üzərindən təşkil olunacaq. Yarış nəzarət vaxtı 3 dəqiqə və hər gedişə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt Şəhər Gənclər və İdman Baş idarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq.
41056 oxunub

InvestAZ