XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün daha​ iki taekvondoçumuz mübarizəyə başlayır
İdman 11:09 / 09.04.2021
Taekvondo üzrə Avropa çempionatının ikinci yarış günü daha iki idmançımız mübarizəyə qoşulacaq. Kişilər arasında yarışlarda Xanoğlan Kərimov (63 kq) və Cavad Ağayev (68 kq) ölkəmizi təmsil edəcəklər. Xanoğlan Kərimovun rəqibi ukraynalı Boqdan Tikonov olacaq. Cavad Ağayev isə Gürcüstan millisinin üzvü Beka Kavtaradze ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamızın aktivində 1 bürünc medal var. Millimizə ilk medalı yarışın birinci günündə Minaya Əkbərova (46 kq) qazandırıb.
Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

32927 oxunub

InvestAZ