XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olundu
İdman 13:19 / 06.04.2021
General-mayor Natiq Əliyev Sumqayıt Olimpiya İdman Kompleksinin direktor vəzifəsinə təyin olunub. 1999-2012-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışan N.Əliyev karate-do üzrə 3-cü dan idman dərəcəsinə malikdir.
Ehtiyatda olan hərbi zabit əvvəllər AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Hazırda Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Natiq Əliyev 2012-2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, ötən ilin iyun ayından bu vəzifədən azad olunaraq ehtiyata buraxılıb.
Qeyd edək ki, Natiq Əliyevdən əvvəl Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru boks millimizin sabiq baş məşqçisi Məmməd Eyvazov olub. O, ötən ilin dekabr ayında koronavirusdan dünyasını dəyişib.

51224 oxunub

InvestAZ