Yığmamız Qətərlə Debretsendə üz-üzə gələcək
İdman 15:04 / 12.03.2021
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının martın 27-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan millisinə qarşı keçirməli olduğu oyunun məkanı dəyişdirilib.
UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Macarıstanın Debretsen şəhərindəki "Nagyerdei” stadionunda keçiriləcəyi qeyd olunub.
Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
33893 oxunub