XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqası: «Milan» Dumanlı Albionu məğlubiyyətsiz tərk etdi
İdman 09:21 / 12.03.2021
Dünən Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları keçirilib.
Günün ən maraqla gözlənilən oyunu "Mançester Yunayted"lə "Milan" arasında olub. Bu qarşılaşma Avropa Liqasının erkən finalı da adlandırılır. 90 dəqiqə ərzində hesab geri olan «rossonyerlər» əlavə vaxt hesabı bərabərləşdirə bilibilər. Ukrayna təmsilçiləri «Dinamo» və «Şaxtyor» ilk görüşdə məğlubiyyətlə üzləşiblər.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb. 11 mart "Slaviya” (Praqa, Çexiya) - "Reyncers” (Şotlandiya) - 1:1 Qollar: Stanku, 7 - Helander, 36

"Mançester Yunayted” (İngiltərə) - "Milan” (İtaliya) - 1:1 Qollar: Diallo, 50 - Kyaer, 90+2

"Dinamo” (Kiyev, Ukrayna) - "Vilyarreal” (İspaniya) - 0:2 Qollar: Torres, 30, Albiol, 52

"Ayaks” (Niderland) - "Yanq Boyz” (İsveçrə) - 3:0 Qollar: Klaassen, 62, Tadiç, 82, Brobbi, 90+2

"Qranada” (İspaniya) - "Molde” (Norveç) - 2:0 Qollar: Molina, 26, Soldado, 76

"Tottenhem” (İngiltərə) - "Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0 Qollar: Keyn, 25, 70

"Olimpiakos” (Yunanıstan) - "Arsenal” (İngiltərə) - 1:3 Qollar: El Arabi, 58 - Edeqor, 34. Qabriel, 79, Elneni, 85

"Roma” (İtaliya) - "Şaxtyor” (Donetsk, Ukrayna) - 3:0 Qollar: Pelleqrini, 23, El Şaaravi, 73, Mançini, 77

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.

40412 oxunub

InvestAZ