XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Makqreqor Zlatan İbrahimoviçi döyüşə çağırdı
İdman 12:25 / 19.03.2019

 UFC döyüşçüsü Konor Makqreqor FİFA-nın rəsmi saytında dünya futbolçuları barəsində maraqlı fikirlər bildirib. Adı tez-tez qalmaqallarda hallanan Makqreqor daha çox iki futbolçudan danışıb. O deyib: «Futbol dünyasında iki futbolçunun oyununu izləyirəm. Kriştianu Ronaldu və Zlatan İbrahimoviçi bəyənirəm. Fikrimcə Ronaldu daha yaxşıdır. 34 yaşında o, dünyanı heyrətə gətirir. Zlatan isə özündən razıdır. Özünü futbolun Makqreqoru hesab edir. Amma ona demək istəyirəm ki, Makqreqor bir dənədir. O, da mənəm. Zlatan bunu bilməlidir. Eşitmişəm ki, o da taekvondo ilə məşğul olub. Əgər istəsə mənimlə döyüşə bilər. Heyif ki, futbolda ondan geri qalıram. Yoxsa, yaşıl meydanlarda da ona cavab verərdim. Lakin bunu səmimi başa düşsün. Zlatan gözəl insandır. Məndən inciməsin». Qeyd edək ki, bir müddət əvvəl isveçrəli ulduz sosial şəbəkədə Konorla bağlı fikirlər yazıb, onu bəyənmədiyini bildirmişdi.     

33814 oxunub

InvestAZ