XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz bu gün mübarizəyə başlayır
İdman 11:22 / 29.01.2021
Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edəcək. Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək. Milli komanda matça ciddi itki ilə çıxacaq. Fineo De Araujo zədə səbəbindən görüşü buraxacaq. Rəqibin heyətində isə Pyotr Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.

Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib - 3:1.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

18:00. Azərbaycan - Slovakiya

Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov

Bakı İdman Sarayı

Qeyd edək ki, yığma qrupdakı ikinci sınağında fevralın 2-də Yunanıstanın qonağı olacaq.

32163 oxunub

InvestAZ