XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Lebron Ceyms kobud hərəkəti ilə diqqət çəkib
İdman 15:26 / 28.01.2021
"Los Anceles Leyker” klubunun ulduz basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm çempionatında "Filadelfiya Siksers” komandası ilə qarşılaşmada qeyri-idman folu (topla oyun olmadan kobud hərəkət) alıb. Buna səbəb onun mərkəzdə Coel Embiideyə qarşı kobud oyunu olub.

Belə ki, Lebron Ceyms C.Embiidini havada olduğu zaman iki əli ilə itələyib. Kürəyi üstə möhkəm yerə dəyən basketbolçu oyunu davam etdirə bilməyib. L.Ceyms isə birinci dərəcəli qeyri-idman folu alıb. Bildirək ki, bu, L.Ceymsin 2014-cü ildən ilk qeyri-idman foludur.

Qeyd edək ki, qarşılaşma "Siksers”in 107:106 hesabılı qələbəsi ilə başa çatıb.

33644 oxunub

InvestAZ