XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə Dünya Kuboku ləğv olundu
İdman 16:48 / 27.01.2021
Martın 4-7-də Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə Dünya Kuboku yarışları ləğv olunub. Yarışın ləğv olunması koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, mayın 7-9-da Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirləri, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları (21-23 may) və 16-cı dünya çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatı, eləcə də 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

31279 oxunub

InvestAZ