XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Serena Uilyams: “Karantin şərtləri həddindən artıq ciddidir”
İdman 15:30 / 27.01.2021
Tennis üzrə "Böyük dəbilqə” turnirinin 23 qat qalibi, amerikalı Serena Uilyams Avstraliyaya gələn idmançıların keçdiyi karantinlə bağlı təssüratlarını bölüşüb.

"Karantin şərtləri həddindən artıq ciddidir. Lakin onu da deyim ki, digər tərəfdən də bu yaxşı addımdır. Bildiyimə görə, Avstraliyada COVİD-19 infeksiyasına yoluxanların sayı sıfıra bərabərdir. Bu inanılmazdır, elə deyilmi? Bütün ölkədə bu belədir? Bu çox əladır. Biz Avstraliyaya gələndə 14 günü hotel otağımızda keçirməli idik. Bu, ağılasığmazdır. Bu, çox gərgin hal olmaqla yanaşı, yaxşı idi”, - deyə S.Uilyams bildirib.

Qeyd edək ki, Serena Uilyams hazırda Adelaində karantindədi və yanvarın 29-da sərgi turnirində iştirak edəcək.

29756 oxunub

InvestAZ