XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Messidən yeni rekord
İdman 14:15 / 18.03.2019


İspaniyanın "Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
Argentinalı hücumçu martın 18-də "Barselona”nın "Real Betis”lə oyununda 477-ci qələbəsini qazanıb. Bu qələbə ilə Lionel Messi Xavi Hernandezi qabaqlayıb. Hernandezin aktivində 476 qələbə var. "Barselona”da bu göstəriciyə görə üçüncü yerdə isə sabiq yarımmüdafiəçi Andres İniesta (459) yer alıb.
"Betis”lə oyunu Lionel Messinin Kataloniya klubundakı 674-cü qarşılaşması olub. Bu nəticə ilə o Andreas İniestaya çatıb. "Barselona”da ən çox oyun keçirən futbolçu isə Xavi Hernandezdir (767).
Messi 2004-cü ildən "Barselona”nın heyətində forma geyinir. Argentinalı hücumçu İspaniya çempionatının 9, İspan Super Kubokunun 8, İspaniya kubokunun 6, Çempionlar Liqasının 4, UEFA Super Kubokunun və dünya klublar çempionatının 3 dəfə qalibi olub.
Qeyd edək ki, Lionel Messi cari mövsümdə İspaniya çempionatında 26 oyun keçirib və 29 qol vurub


37676 oxunub

InvestAZ