XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gəncə şahmatçısı dünya çempionatındakı uğurlu çıxışına görə təltif edilib
İdman 12:00 / 23.01.2021
Gəncə şahmatçısı, dünya çempionatının mükafatçısı Səadət Bəşirli təltif olunub. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov yeniyetmələr arasında keçirilmiş dünya çempionatında yüksək nəticə əldə etmiş S.Bəşirliyə fəxri diplom və dəyərli hədiyyə təqdim edib.  
Qeyd edək ki, Səadət Bəşirli yeniyetmələrin dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsində 46 ölkədən 10 yaşınadək 53 qız şahmatçı arasında ən yaxşı nəticə göstərərək birinci yeri tutub. Səkkiz yaşlı idmançı çempionatın yekun mərhələsində play-off sistemi ilə keçirilən səkkizdəbir və dörddəbir final mərhələlərini uğurla keçərək yarımfinala yüksəlib. O, çempionatın ümumi yekununda dördüncü olub.

32830 oxunub

InvestAZ