XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatının keçirilmə vaxtı və məkanı açıqlandı
İdman 15:53 / 20.01.2021
Güllə atıcılığı üzrə Avropa çempionatı mayın 23-dən iyunun 6-dək Xorvatiyanın Osiek şəhərində keçiriləcək. Qitə təmsilçiləri Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan çempionatda tapança və tüfəngdən 10, 25, 50 və 300 metr məsafələrə atəşaçma yarışlarında iştirak edəcəklər.
Bundan əvvəl qitə turnirinin Finlandiyanın Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
Qitə çempionatında güllə atıcılarımız da iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla "Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

32002 oxunub

InvestAZ