XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Respublika şahmat turniri başa çatıb
İdman 13:51 / 20.01.2021
Şahmat üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika turniri başa çatıb. "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakçılar İsveçrə sistemi üzrə 11 turda mübarizə aparıblar. Yekun nəticəyə görə, 9,5 xal toplayan Şiroğlan Talıbov əlavə göstəricilərə görə yarışın qalibi olub. Onunla eyni xalı yığan Əli Süleymanov, Rəvan Uğuzov və Süleyman Süleymanlı sonrakı 3 yerdə qərarlaşıblar. Qızlar arasında keçirilən yarışlarda isə 8 xal toplamış Səbinə Rzalı, Aytac Məmmədova və Minurə Yusifli ilk 3 yerdə qərarlaşıblar.

Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak ediblər.

30518 oxunub

InvestAZ