XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



64 triatlonçu arasında 5-ci
İdman 10:49 / 18.03.2019

Azərbaycan tiratlonçuları 2019-cu il mövsümün ilk yarışında iştirak ediblər. Avstraliyanın Mululaba şəhərində keçirilən Dünya Kubokunda Rostislav Pevtsov 6-cı olub. O, 64 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 27 saniyəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 1 saniyəyə tamamlayıb. Ardınca 20 kilometrlik velodistansiyanı 28 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını 14 dəqiqə 51 saniyə nəticə ilə başa vurub.
Yarışının qalibi kanadalı Tayler Mislavçuk olub.
Dünya kubokunda yığmanın digər üzvü Kseniya Levkovskaya da iştirak edib. O, finişə 23-cü çatıb. 46 qadın triatlonçunun iştirak etdiyi yarışda avstraliyalı Eşli Centl 1-ci yeri tutub.
Qeyd edək ki, triatlonçuları Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla, çıxış etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar.

34285 oxunub

InvestAZ