XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Daha üç idmançımız diskvalifikasiya edildi
İdman 11:28 / 12.01.2021
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha üç idmançını cəzalandırıb. Qurumdan verilən məlumata görə, bunlar ağırlıqqaldıran Firuzə İbrahimova, karateçi Xudayar Kərimov və boksçu Gülhüseyn Ağazadədir. Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində S1.1B Endogen AAS / 5aAdiol (ekzogen mənşəli) və S1.1B Endogen AAS / 5bAdiol (ekzogen mənşəli) aşkarlanan Firuzə İbrahimova iki illik cəza alıb. Ağırlıqqaldıranın cəzası 2019-cu il sentyabrın 23-dən hesablanacaq.

Karateçi Xudayar Kərimovda isə S9. Glükokortikoidlər/ betamethasone aşkarlanıb. Ona da iki illik cəza kəsilib. Kərimovun cəzası 2020-ci il noyabrın 26-dan qüvvədədir.

4 illik cəza ilə üzləşən Gülhüseyn Ağazadənin orqanizimində S1.1B Endogen AAS və onların metabolit və izomerləri/ 19-norandrosteron tapılıb. Ağazadənin cəzası 2024-cü il yanvarın 14-də başa çatacaq.

32393 oxunub

InvestAZ