XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1: yarışlar tez başlayacaq
İdman 10:22 / 06.01.2021
2018-ci ildə "Liberty Media” şirkəti Formula 1 yarışlarına saatın tamamında deyil, 10 dəqiqə qalmış start verilməsi barədə qərar qəbul etmişdi. Şirkət bu addımı televiziya kanallarına görə atdığını açıqlamışdı. "RaceFans” xəbər verir ki, cari mövsüm şirkət bu təcrübədən imtina edəcək. Start ilə bağlı Formula 1 rəhbərliyi ilə komanda nümayəndələri arasında keçiriləcək görüşdən sonra qərar qəbul olunacaq. Formula 1 üzrə dünya çempionatının Avropa mərhələlərinin tez başlaması təklif olunub. Belə ki, əgər ötən il Formula 1 İspaniya Qran-Prisi saat 17:30-da start götürmüşdüsə, bu il yarış saat 16:00-da başlayacaq.
Qeyd edək ki, 2021-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında təşkil olunacaq.

37532 oxunub

InvestAZ