XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi
İdman 13:00 / 04.01.2021
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin "F” qrupunun təqvimi açıqlanıb. Komandalar birinci dövrədə Gürcüstan, ikinci dövrədə Monteneqroda mübarizə aparacaqlar.

Yığmamız və meydan sahibi olan komandalarla yanaşı, Yunanıstan da bu qrupda qüvvəsini sınayacaq. Görüşlər 2021-ci il mayın 2-16-da keçiriləcək.

Komandamız ilk turda Monteneqro, ardınca Gürcüstan, sonra Yunanıstanla üz-üzə gələcək. İkinci dövrəyə də monteneqrolularla duellə başlayacaq yığmamız ardınca Yunanıstan, son turda Gürcüstanla görüşəcək.

30535 oxunub

InvestAZ