XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov Çempionlar Turunun final mərhələsinə vəsiqə qazandı
İdman 11:30 / 04.01.2021
Azərbaycan şahmatçısı Teymur Rəcəbov sentyabrda ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə qazanıb. Turnirin baş sponsoru Norveçin "Meltwater" şirkəti elan olunub. Şirkətin təsisçisi və icraçı direktoru Yorn Lüssegen belə bir yarışı səfər imkanlarından asılı olaraq, təşkil edəcəyini bildirib.
Çempionlar Turunun ilk mərhələsi 2020-ci ilin noyabrında keçirilib. Teymur Rəcəbov "Airthings Masters" adlı ikinci mərhələnin qalibi olaraq, 60 min ABŞ dollarına yiyələnib. Yarış ümumilikdə 10 mərhələdən ibarətdir. "Skilling Open" adlı ilk mərhələ norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə yekunlaşıb.

32223 oxunub

InvestAZ