XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025



Qrossmeyster Teymur Rəcəbova
Gündəm 10:20 / 04.01.2021
Əziz Teymur,

"Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.


Hörmətlə,
İlham Əliyev və Mehriban Əliyeva
Bakı şəhəri, 3 yanvar 2021-ci il.

51106 oxunub

InvestAZ