XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Buffon Lev Yaşini qabaqlayaraq bütün dövrlərin ən yaxşı qapıçısı seçildi
İdman 17:03 / 03.01.2021
Bütün dövrlərin ən yaxşı qapıçısı ilə bağlı daha bir sorğu keçirilib. İtaliyanın "La Gazzetta dello Sport” nəşrinin 18 müxtəlif ölkənin qolkiperi ilə apardığı sorğunun qalibi Canluici Buffon olub. Hazırda "Yuventus”un formasını geyinən İtaliya millisinin sabiq üzvü 7 səslə birinci olub. 1960-cı ildə SSRİ yığması ilə Avropa çempionu olan Lev Yaşin 5 səslə ikinci yeri tutub. İlk "üçlüy”ü 2 səslə digər italyan Dino Zoff qapayıb. Sorğuda iştirak edənlər arasında Manuel Noyer, Julio Sezar, Peter Şmeyxel kimi qapıçılar da olub.
Qeyd edək ki, Canluici Buffon 2006-cı ildə dünya çempionu olub.



35958 oxunub

InvestAZ