XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov bu gün Levon Aronyanla həlledici final görüşündə mübarizə aparacaq
İdman 12:08 / 03.01.2021
Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq. Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq. Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, "Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.
Turnirə bu gün yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min ABŞ dolları qazanacaq.


29978 oxunub

InvestAZ