XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mayk Tayson yenidən rinqə çıxacaq
İdman 17:12 / 02.01.2021
Amerikalı boksçu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib. 54 yaşlı Tayson bildirib ki, o, başqa boks veteranlarının çıxışa hazırlığından təsirlənib. O, qeyd edib ki, 2021-ci ildə yenidən döyüşəcək. Boksçunun sözlərinə görə, "o, bu dəfə daha yaxşı görünəcək".
Tayson rinqə noyabrda qayıdıb. Onun boks üzrə digər sabiq dünya çempionu Roy Consla təkbətək döyüşü heç-heçə qurtarıb. Hər iki boksçu bu halda döyüşün nəticələrini qəbul etməkdən imtina edib.
Tayson ötən il aprelin sonunda xeyriyyə yarışlarına görə peşəkar rinqə qayıtmaq arzusunu bildirib. Amerikalı idmançı 2005-ci ildən döyüşlər keçirmirdi. Ondan sonra keçmiş rəqibi Evander Holivild də yenidən döyüş keçirmək hazırlığını ifadə edib.

34397 oxunub

InvestAZ