XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



2 şahmatçımız ilk “onluq”da qərarlaşıb
İdman 14:07 / 02.01.2021
FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. 2021-ci ilin ilk - yanvar reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub. 100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb. Həmçinin Qədir Hüseynov (2665 xal), Rauf Məmmədov (2654) və Arkadi Naydiçin (2649) də mövqeyi dəyişməz qalıb. Onlar müvafiq olaraq, 74-cü, 92-ci və 100-cüdür.
Kişi şahmatçılarımızdan yalnız Nicat Abbasov irəliləyib. Bir pillə irəliləyən təmsilçimiz 2668 xalla 70-ci pilləyə qalxıb.
Siyahıda ilk "üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür. Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 31-ci yerə enib. İki rəqibini qabaqlayan Gülnar Məmmədova (2382) 79-cu yerə yüksəlibsə, ondan 6 xal geri qalan Xanım Balacayeva yenə 90-cıdır.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.

31883 oxunub

InvestAZ