XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov bu gün Levon Aronyanla ilk final görüşünə çıxacaq
İdman 10:22 / 02.01.2021
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin finalına yüksəlib. 34 yaşlı şahmatçımız yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən qrossmeysterimiz ikinci görüşdə də qələbə qazanıb. Zəka sahibimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq. Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq. Yarımfinalda məğlub olan Daniil Dubovla Maksim Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Yarışın qalibi 60 min dollar qazanacaq.

32560 oxunub

InvestAZ