XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Polşalı futbolçu ilin ən yaxşısı seçildi
İdman 13:35 / 01.01.2021
İspaniyanın "Marca" nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Qalib adını Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski qazanıb. İkinci yeri Münhen təmsilçisinin daha bir oyunçusu Coşua Kimmix tutub. Fransa PSJ-sinin forvardı Kilian Mbappe isə üçüncü olub.

İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu dördüncü, İspaniya "Barselona"sının kapitanı Lionel Messi isə 10-cu yerlə kifayətlənib.

Qeyd edək ki, Robert Levandovski 2020-ci ildə "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.

Daha əvvəl o, FIFA versiyası üzrə ilin ən yaxşı futbolçusu və "Globe Soccer Awards" mükafatına sahib çıxıb.

34838 oxunub

InvestAZ