XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qrossmeysterimiz bu gün yarımfinal görüşünə çıxacaq
İdman 10:27 / 31.12.2020
 Onlayn formada keçirilən blits üzrə "Airthings Masters” turnirində 1/4 finalın cabab oyunları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.  Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qalib müəyyənləşməyib -1:1. 
Qalibin adına yalnız armageddonda aydınlıq gəlib. T.Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.  O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar. 
Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq. 
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.


30629 oxunub

InvestAZ