XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şəhid və qazi azarkeşlərinin ailələri ziyarət edildi
İdman 16:27 / 30.12.2020
"Neftçi” klubunun rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Kollektiv İkinci Fəxri xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.
Ardından "Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyev və Cahid Şükürlü ziyarət edilib. Şəhidlərimizin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, "Neftçi” klubu daim onların yanında olacaq, klub tərəfindən onlara hər cür dəstək göstəriləcək.

31109 oxunub

InvestAZ