XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İdmançılarımız il ərzində 192 medal qazanıblar
İdman 16:00 / 30.12.2020

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) 2020-ci ilin hesabatını açıqlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, il ərzində idmançılarımız müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatı və birinciliklərində, kubok yarışlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə, respublika çempionat, kubok və birinciliklərində iştirak edərək medallar qazanıblar. İdmançılarımız beynəlxalq yarışlarda 192 medal əldə ediblər. Onlardan 60-ı qızıl, 46-sı gümüş, 86-sı isə bürünc medaldır. Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 idmançı 13 lisenziya (atletika-2, atıcılıq-1, üzgüçülük-1, güləş-2, velosiped-1, bədii gimnastika-2, idman gimnastikası-2, taekvondo-1, boks-1) əldə edib.

Bundan başqa, Tokio Paralimpiya Oyunlarına da indiyədək 9 lisenziya qazanılıb.


32192 oxunub

InvestAZ