XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını təqdim etdi
İdman 15:18 / 30.12.2020
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) 2020-ci il üçün hesabatı açıqlanıb. Qurumun cari il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkədə 64 respublika birinciliyi, 22 beynəlxalq yarış təşkil edilib.
68 beynəlxalq yarışda ölkə yığmalarının iştirakı təmin olunub.
Ümumilikdə, 2020-ci il ərzində Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatının dəstəyi ilə gənclər siyasəti sahəsində 148 tədbir keçirilib. Onlardan 129-u yerli, 19-u isə beynəlxalq səviyyəli olub.
Tədbirlərin 116-sı virtual məkanda, 32-i isə əyani olaraq gerçəkləşib. 14 nəfər xarici ölkələrə ezam olunub, 98 nəfər isə Azərbaycanda qəbul edilib.

32479 oxunub

InvestAZ