XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Beynəlxalq Boks Assosiasiyası yeni komitələr yaradıb
İdman 14:42 / 30.12.2020
Beynəlxalq Boks Assosiasiyası (AİBA) beş yeni komitə yaratdığını açıqlayıb. Bu barədə AİBA-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yeni yaradılan mütəxəssislər komitəsi ixtisaslı məşqçilər heyətinin və idmançıların hazırlanmasını, qadınlar komitəsi boks dünyasında gender bərabərliyini, tibbi və antidopinq komitəsi isə antidopinq tələblərinə riayət edilməsini təmin edəcək.
Çempionlar və veteranlar komitəsi dünya ictimaiyyətinin hörmət etdiyi, əhəmiyyətli idman nəticələri qazanan və təcrübələrini bölüşməyə hazır olan çempionlar və veteranları əhatə edəcək. Tədbirlərin keçirilməsinə və onların beynəlxalq tələblərə cavab verməsinə nəzarəti isə yarışlar komitəsi həyata keçirəcək.

31175 oxunub

InvestAZ