XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AFFA qalibləri mükafatlandırdı
İdman 12:46 / 30.12.2020
AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, "Bakcell U-17 Liqa”, Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub. "Qəbələ” U-15, U-17 və Gənclər Liqasının, "Sabah” isə U-16 Liqanın qalibi olub. UNİCEF U-16 Qızlar Liqasında və Yüksək Liqada 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası fərqlənib.
AFFA İcraiyyə Komitəsinin mayın 22-də qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılmış, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunmuşdur.

30416 oxunub

InvestAZ