XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona”dan qovulan baş məşqçi: “Telefon nömrəmi dəyişmək məcburiyyətində qaldım”
İdman 17:01 / 29.12.2020
"Barselona” klubunun keçmiş baş məşqçisi Enrike Setyen klubdan ayrıldıqdan sonra telefon nömrəsini dəyişdiyini deyib.
Bildirək ki, 62 yaşlı mütəxəssis 2020-ci ilin avqust ayında vəzifəsini tərk edib. Buna səbəb isə onun komandasının çempionlar Liqasında "Bavariya” klubuna 2:8 hesabı ilə məğlub olması olub.
""Barselona”da baş verənlər barədə çox düşündüm. Lakin bunun mənim işimin bir parçası olduğunu anladım. Bundan sonra rahat yaşamaq yalnız bütün dünyadan təcrid olunaraq mümkün ola bilər. Buna görə də telefon nömrəmi dəyişmək məcburiyyətində qaldım. Məni küçədə saxlayıb, müsahibə götürmək istəyirdilər. Amma mən şəxsi planıma uyğun addımlar atırdım”, - deyə E.Setyen deyib.

Xatırladaq ki, E.Setyendən sonra avqust ayında "Barselona” klubunun baş məşqçisi vəzifəsinə niderlandlı Ronald Kuman təyin edilib.

29690 oxunub

InvestAZ