XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq
İdman 14:26 / 29.12.2020
Dekabrın 29-da "Champions Chess Tour” çərçivəsində onlayn təşkil edilən "Airthings Masters” turnirində dörddəbir finalın oyunları keçiriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dörddəbir finalın dörd partiyadan ibarət ilk oyununda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen rusiyalı Daniil Dubov, Fransa təmsilçisi Maksim Vaşe-Laqrav amerikalı Uesli So, Hikaru Nakamura (ABŞ) isə Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcəklər.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

30860 oxunub

InvestAZ