XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqasında rekord
İdman 16:05 / 28.12.2020
Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb. 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan "Neftçi”nin 24, sonuncu olan "Sabah”ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.
Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı. 2016/17 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum – 30 xal ayırıb. 2018/19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.
Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008/09 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan "İnter” (indiki "Keşlə”) 8-ci olan "Standard”ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.
Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu "Qarabağ” 40, 8-ci sıradakı "MKT-Araz” 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.

32403 oxunub

InvestAZ