XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Levandovski ilin, Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi
İdman 15:23 / 28.12.2020
Dubayda "Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Polşa yığmasının və "Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik isə ilin məşqçisi elan olunub. "Bavariya” da ilin klubu seçilib.
"Globe Soccer Awards” əsrin ən yaxşılarını da elan edib. "Yuventus”un hücumçusu Kristiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu elan olunub.
Hazırda İngiltərənin "Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola əsrin məşqçisi, İspaniya "Real”ı əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti seçilib. İker Kasilyas və Jerar Pike isə uğurlu karyera mükafatına layiq görülüb.

29814 oxunub

InvestAZ