XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün ən güclü “səkkizlik” müəyyənləşəcək
İdman 12:41 / 28.12.2020

"Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən "Airthings Masters” turnirinin seçmə mərhələsində sonuncu turun oyunları keçiriləcək. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün daha üç görüşdə iştirak edəcək. Belə ki, şahmatçımız əvvəlcə amerikalı Uesli So, sonra Fransa təmsilçisi Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. Seçmə mərhələnin son oyununu isə T.Rəcəbov hindistanlı rəqibi Pentala Harikrişna ilə keçirəcək.

Qeyd edək ki, şahmatçımız seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 turun oyunlarına görə 4,5 xalla liderlər qrupunda yer alır. İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Bu gün 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü "səkkizlik” müəyyənləşəcək.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.


29622 oxunub

InvestAZ